Yoluxanların sayı artmaqdadır

Yoluxanların sayı artmaqdadır
Bir sıra ölkələr karantin rejiminə qayıdırlar

Dünyada koronavirusa yoluxanların sayı artmaqdadır.

Ən son statistikaya görə, 12.3 milyondan çox insan virusa yoluxub.

4 613 278 nəfər aktiv virus daşıyıcısıdır. Onlardan 58 674 nəfərin vəziyyəti ağırdır.

Sutka ərzində virusdan 960 nəfər ölüb.

 ABŞ
 

Sutka ərzində virusdan 960 nəfər ölüb
Amerikada virusa yoluxanların sayı 3 219 999 nəfərə çatıb

Qeyd edək ki, yoluxmanın və ölüm hallarının ən çox olduğu ölkə Amerika Birləşmiş Ştatlarıdır.

Burada 3.2 milyondan çox insan virusa yoluxub.

135 828 nəfər virusdan vəfat edib.

Bəzi ştatların rəhbərləri yoluxmanın qarşısını almaq üçün karantin rejimiini bərpa etməyi nəzərdən keçirir.

Digər bir sıra ölkələrdə də pandemiya ilə bağlı vəziyyət ağırlaşmaqdadır.

İSRAİL

Virusa yoluxma artıb
Hökumət əyləncə mərkəzlərini bağlamağa qərar verib

İsraildə son bir neçə gündə virusa yoluxma hallarının artdığı müşahidə olunub.

Vəziyyətlə əlaqədar rəhbərlik karantin rejimi məhdudiyyətlərini yenidən bərpa etmək məcburiyyətində qalıb.

Hökumət, xüsusilə, əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

KOSOVO

ŞƏRQİ AVROPADA VİRUS SÜRƏTLƏ YAYILIR
BALKAN ÖLKƏLƏRİ YÜKSƏK RİSK ALTINDADIR


Avropada da vəziyyət ürək açan deyil.

Xüsusilə, qitənin şərq regionunda – Serbiya, Kosovo kimi ölkələrdə virusun sürətlə yayıldığı müşahidə olunur ki, hökumətlər buna səbəb kimi əhalinin sosial məsafə qaydalarına lazımınca əməl etməmələrini göstəriblər.

QIRĞIZISTAN

XƏSTƏXANALARDA BOŞ ÇARPAYI QALMAYIB
KORONAVİRUSA YOLUXANLARIN SAYI 9358 NƏFƏRƏ ÇATIB

Orta Asiyada karantin rejiminə qayıdan və ya belə bir plan hazırlayan ölkələr var.

Onların arasında Qazaxıstan, Özbəkistan və Qırğızıstan yer alır.

Qırğızıstanda səhiyyə rəsmiləri virusa yoluxanları müalicə etmək üçün xəstəxanalarda yer qalmadığını bildiriblər.

Vəziyyətlə əlaqədar bir neçə stadion və məktəbdən artıq xəstəxana kimi istifadə olunur.

Qırğızıstanda virusa yoluxanların sayı 9358 nəfərə çatıb.

122 nəfər virusdan vəfat edib.

Aktiv virus daşıyıcılarının sayı isə 6102 nəfər təşkil edir.

HİNDİSTAN
MUMBAYDA KARANTİN MÜDDƏTİ UZADILIB

RAYONLAR ARASINDA İCTİMAİ NƏQLİYYAT DAYANDIRILIB

Hindistanın Mumbay şəhəri rəhbərliyi də virusa yoluxma artdığı üçün karantin rejimi müddətini iyul ayının sonuna qədər uzadıb.

Bundan başqa rayonlar arasında ictimai nəqliyyat da dayandırılıb.

Hindistan virusa yoluxma hallarının sayına görə dünyada 3-cü yerdə gəlir.

Burada 795 mindən çox insan virusa yoluxub.

21 mindən çox insan virusdan ölüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər