Sosial islahatlar davam etdirilir - VİDEO

Sosial islahatlar davam etdirilir - VİDEO
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə mənzillər verilib

Şirvan şəhərində 68 mənzilli yaşayış binası şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Mənzillərin təqdim etmə mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Hidayət Abdullayev, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və digər şəxslər iştirak ediblər.

Mənzillə təmin edilən şəhid ailələri və Qarabağ müharibəsi əlilləri yeni evlərində yaradılan şəraitdən xeyli məmnun idilər.

Müasir tələblərə uyğun yaşayış şəraitinin yaradıldığı binadakı mənzillərdən 16-sı birotaqlı, 44-ü ikiotaqlı, qalanları üçotaqlıdır. Bu mənzillər Şirvan şəhəri və ətraf rayonlardakı şəhid ailələri və Qaradağ müharibəsi əlilləri üçün nəzərdə tutulub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən