Taxıl biçini yekunlaşır - VİDEO

Taxıl biçini yekunlaşır - VİDEO
Orta məhsuldarlıq 31,5 sentner təşkil edir

Azərbaycanda taxıl biçini yekun mərhələyə qədəm qoyub. Artıq taxıl sahələrinin 83,4 faizində biçin başa çatıb. Taxıl üzrə orta məhsuldarlıq 31,5 sentner təşkil edir.

Hazırda biçin əsasən dağətəyi və dağlıq ərazilərdə aparılır.

Biçin prosesinə 804 kombayn cəlb olunub. Bunlardan 216 kombayn "Aqrolizinq" ASC-nin biçin zonasındakı aqroservislərinin balansında olan kombaynlardır.

Bundan başqa "Aqrolizinq" ASC tərəfindən digər bölgələrdən biçin zonasına əlavə 124 kombayn dislokasiya edilib. Biçində fiziki və hüquqi şəxslərin mülkiyyətində olan 464 kombayn da iştirak edir.

Bu günədək "Aqrolizinq" ASC-nin kombaynların tərəfindən 266995 hektar sahədə biçin həyata keçirilib.

Artıq biçin başa çatan ərazilərdə təkrar qarğıdalı əkinlərinə start verilib. 35 rayon üzrə 2694 istehsalçı ilə təkrar qarğıdalı əkini aparmaq üçün sahələr müəyyələşdirilib.

Qeyd edək ki, toxumçuların toxuma olan təlabatını ödəmək məqsədilə hər hektar təkrar qarğıdalı əkininə görə 60 manat birdəfəli subsidiya ödəyəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər