Karantin postları bərpa edilib (VİDEO)

Karantin postları bərpa edilib (VİDEO)
Şənbə və bazar günlərində mobil polis postlarının sayı artırılacaq

Bakıda karantin postlarının fəaliyyəti yenidən bərpa olunub. Səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib.

Karantin postlarında dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.

Müsahibin sözlərinə görə vətəndaşların hərəkətinin məhdudlaşdırmaqda əsas məqsəd vətəndaşlar arasında təması azaltmaqdır.

Araz Əsgərli bildirir ki, şənbə və bazar günləri də polis xüsusi gücləndirilmiş qaydada fəaliyyətini davam etdirəcək və həftə sonlarında mobil polis postlarının sayı artırılacaq.

Şəhərin giriş və çıxışında quraşdırılan stasionar postlar isə 24 saat fasiləsiz olaraq fəaliyyətini davam etdirir və həmin postlarda da xidmət gücləndirilmiş qaydada aparılır. Bununla da şəhər ərazisini tərk etməyə cəhd edən vətəndaşların qarşısı alınır.

Bundan başqa paytaxt ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib.

Digər xəbərlər
Bu gün
Dünən