Gürcüstanda koronavirusa yoluxanların sayı 980-i ötdü

Gürcüstanda koronavirusa yoluxanların sayı 980-i ötdü

Gürcüstanda daha 8 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. 

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytı məlumat verir.

Ölkə üzrə COVID-19-a yoluxanların sayı 980-ə çatıb. Onların 851-i sağalıb, 15-i isə vəfat edib.

Hazırda ölkə üzrə karantində 4 851, stasionar nəzarətdə isə  231 nəfər saxlanılır. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər