Bakının Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının Sabit Orucov küçəsində hərəkət məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Xətai rayonunun Sabit Orucov küçəsində bu gecədən avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Report" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir. 

Məlumata görə, məhdudiyyət təmir işləri bitənə qədər qüvvədə olacaq.

"Sürücülərə alternativ olaraq Xocalı prospekti və Afiyəddin Cəlilov küçəsindən istifadə etmələri tövsiyə olunur.

Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik" - deyə qurum bəyan edib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər