Naya Riveranın meyiti tapılmayıb

Naya Riveranın meyiti tapılmayıb
Aktrisanın Piru gölündə bataraq öldüyü ehtimal olunur

Amerikanın Kaliforniya ştatında Piru gölündə batdığı ehtimal edilən aktrisa Naya Riveranın meyitinin axtarış ərazisi genişləndirilib.

Xilasedicilər əməliyyat zamanı səs cihazlarından və robotlarından istifadə ediblər.

Riveranın ölümündən əvvəl təhlükəsizlik kamerasına düşən görüntülərində onun oğlu ilə birlikdə gölün sahilinə gəldiyi və buradan bir gün əvvəl kirayə götürdüyü qayıqla göldə üzməyə getdiyi müşahidə olunur.

Daha sonra onun hansı şəraitdə öldüyü isə məlum deyil.

Hadisədən bir qədər sonra xilasedicilər aktrisanın qayıqda tək qalan 4 yaşlı oğlunu xilas ediblər.

Polis Riveranın əvvəllər də qayıqla göldə tez-tez kiçik səyahətlərə çıxdığını bildirib.

Qeyd edək ki, Rivera “Xor” filmində ifa etdiyi roluna görə məşhurluq qazanıb.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər