SON DƏQİQƏ: 531 nəfər koronavirusa yoluxub

SON DƏQİQƏ: 531 nəfər koronavirusa yoluxub
Yeni sağalanların sayı 514 nəfərdir

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 531 yeni yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan REAL-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 23 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 14 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib, 8 616 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər