Azərbaycanda yeni layihə - VİDEO

Azərbaycanda yeni layihə - VİDEO
Simens qardaşlarinin istifadə etdiyi vaqon 106 il sonra yola düşəcək

Gədəbəy-Qalakənd arasında dəmiryolu xətti vaxtilə bu dağlarda iş görən Siemens qardaşları tərəfindən çəkilib. İndi həmin xəttin Düzyurd kəndindən “Qanlı körpü” adı ilə tanınan körpüyədək olan 1,1 kilometrlik hissəsi yenidən qurulacaq. Yəni 1914-cü ildə bu yerlərdə işlərini dayandıran Siemens qardaşlarının istifadəsində olan 33 vaqondan biri işə salınacaq. Təbii ki, turistlər üçün, tarixi bir daha vərəqləmək üçün…

Artıq arzular, təkliflər reallaşmaq üzrədir. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevin təşəbbüsü ilə həmin xəttin 1,1 kilometrlik hissəsinin tarixi özünəməxsusluğu saxlanılmaqla yenidən qurulması üçün Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin və Dövlət Turizm Agentliyinin nümayəndələri Gədəbəydə olublar. Onlar bərpa olunacaq hissəyə yerində baxış keçirib, 1883-cü ildə bu dəmir yolunda istifadə edilmiş vaqona baxıblar.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev kənd təsərrüfatı ilə yanaşı, turizmin də aparıcı sahəyə çevrilməsinin rayonun uzunmüddətli inkişaf planında qarşıya qoyulmuş məqsədlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Gədəbəy ərazisində turizmin inkişaf etdirilməsi üçün mövcud olan 109 qorunan abidə, alman irsinin izləri, 26 adda mineral bulaq və təbiət abidələri önəmli rol oynayır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər