Moskvada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmayıb

Moskvada ermənilərin Polad Bülbüloğluna qarşı təxribatı baş tutmayıb

Ermənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərası Humanitar Əməkdaşlıq Fondunun idarə heyyətinin sədri vəsifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

REAL-ın Rusiya Bürosuna bu barədə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Ermənistan tərəfinin Fondun idarə heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi ilə idarə heyətinin üzvləri razılaşmayıb.

Ancaq Polad Bülbüoğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə Fondun idarə heyyətinin sədri seçilib.

Digər xəbərlər
Bu gün
Dünən