Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Baş Nazir Əli Əsədov Konstitusiya Məhkəməsinə sorğu göndərib

Əmanətlərin Sığortalanması Fondunun “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-də sığorta hadisəsinin baş verməsi ilə əlaqədar həmin banklarda olan müvafiq əmanətlərin qorunan əmanət hesab edilib-edilməməsi məsələsinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən şərh verilməsi üçün Nazirlər Kabinetinə göndərdiyi müraciət öyrənilmiş və Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi qərar alınıb.

Nazirlər Kabinetindən REAL-a verilən məlumata görə, Nazirlər Kabinetinin Konstitusiya Məhkəməsinə ünvanladığı sorğuda həmin banklarda əmanətçilərin mənafelərinin qorunması məqsədilə “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.2.6-cı maddəsinə şərh verilməsinin zəruriliyi əsaslandırılır.

Digər xəbərlər
Bu gün
Dünən