Türkiyədə son 24 saatda koronavirusdan 21 nəfər ölüb

Türkiyədə son 24 saatda koronavirusdan 21 nəfər ölüb

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

REAL xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

Nazir qeyd edib ki, bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 5344 nəfərə çatıb.

Onun sözlərinə görə, son 24 saatda ölkədə 1016 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 211 981 nəfərə çatıb.

Son gündə 1334 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. Bununlada ölkədə koronavirusdan sağalanların ümumi sayı 193 217 nəfər təşkil edir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər