"Yuventus" "Atalanta" ilə bacarmayıb

İtaliya A seriyasında XXXII turun mübarizəsi başlayıb.

Apasport.az saytının məlumatına görə, ilk gündə iddialılar meydana çıxıb.

İkinci pillədəki "Latsio" avrokubokları hədəfləyən "Sassuolo"nu qəbul edib. Romalılar hesabı açsa da, qonaq komanda gözlənilmədən əzmkar qələbə qazanıb.

Paytaxtın digər klubu "Roma" "Breşiya" səfərində 3 xalı 3 cavabsız qolla əldə edib.

Turun mərkəzi oyunu Turində baş tutub. Lider "Yuventus" 3-cü yerdə qərarlaşan "Atalanta"nı qəbul edib. Əla formada olan və A seriyasının bərpasından sonra keçirdiyi ardıcıl 6 oyunda qələbə qazanan qonaq komanda qalibiyyəti Kriştianu Ronaldonun penaltidən vurduğu 2 qol sayəsində əldən verib.

Qeyd edək ki, turun digər matçları 12-13 iyulda baş tutacaq.

İtaliya A seriyası
XXXII tur
11 iyul
"Latsio" - "Sassuolo" - 1:2
Alberto, 33 - Raspadori, 52; Kaputo, 90+1
"Breşiya" - "Roma" - 0:3
Fazio, 48; Kaliniç, 62; Zaniolo, 74
"Yuventus" - "Atalanta" - 2:2
Ronaldo, 55 (pen.), 90 (pen.) - Zapata, 16; Malinovski, 81

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər