Florida ştatında koronaviursa yoluxanların sayında artım müşahidə edilir

Florida ştatında koronaviursa yoluxanların sayında artım müşahidə edilir

Florida ştatında koronaviursa yoluxanların sayında artım müşahidə edilir.

REAL xəbər verir ki, bu barədə ştatın qubernatoru Ron Desantis keçirdiyi birfinqdə söyləyib.

Qubernatorun sözlərinə görə, koronavirusla mübarizə tədbirləri çərçivəsində aparılan testlərin sayı artırılıb. Bildirilib ki, bu günədək 2.4 milyon insan koronaviursla bağlı testdən keçib.

Qubernator bir ay əvvəl ilə müqayisədə aparılan testlərin 5 faizinin nəticəsi müsbət çıxdığını qeyd edib. Lakin son bir həftə ərizində virusa yoluxmaların sayı 19 faiz artıb.

Qeyd edək ki, ABŞ-da koronavirus ilə mübarizədə tədbirlərin yumşaldılmasından sonra Texas, Florida və Arizona ştatları başda olmaqla 20-dən çox ştatda yeni yoluxma sayında rekord səviyyədə artım qeydə alınıb.

Xatırladaq ki, pandemiya başlayandan bəri Florida ştatında koronavirusa yoluxanların sayı 245 mini keçib. Onlardan 4301 nəfəri isə infeksiyanın qurbanı olub.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər