Braziliyada koronavirusdan ölənlərin sayı 71 mini keçib

Braziliyada koronavirusdan ölənlərin sayı 71 mini keçib

Braziliyada son sutka ərzində 39023 insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  1,839,850 nəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1071 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 71469 nəfərə çatıb.  

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər