Almaniyada iki mühərriksiz təyyarə toqquşub

Almaniyada iki mühərriksiz təyyarə toqquşub

Almaniyanın Şimali Reyn-Vestfaliya ərazisində planeri yüngül, mühərriksiz iki təyyarə toqquşub.

REAL xəbər verir ki, toqquşma nəticəsində iki nəfər ölüb. Hadisə yerinə Hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ölənlərin hər ikisinin pilot olduğu məyyən edilib. Hadisənin şahidləri polis tərəfindən dindirilib. Almaniya Hava Yolları şirkəti və Qəza Təhqiqatı Federal Bürosu hadisə ilə əlaqədar məlumatlandırılıb.

Qəzanın səbəbləri hələ məlum deyil, lakin araşdırmalar davam edir.

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər