Polşada prezident seçkilərinin ikinci turu keçirilir

Polşada prezident seçkilərinin ikinci turu keçirilir
Səsvermənin nəticələri yerli vaxtla saat 21:00-dan sonra açıqlanacaq

Polşada prezident seçkilərinin ikinci turu keçirilir. Prezident postu uğrunda hazırkı lider Ancey Duda və Varşavanın meri Rafal Tşaskovski mübarizə aparır.

REAL xəbər verir ki, 27 mindən çox seçki məntəqəsi yerli vaxtla 07:00-da açılıb və 21:00-dək fasiləsiz işləyəcək. Səsvermə başa çatdıqdan sonra "exit-poll"un nəticələri ictimaiyətə açıqlanacaq.

38 milyon əhalisi olan Mərkəzi Avropa ölkəsinin əhalisi arasında aparılan sorğunun nəticələrinə görə namizədlər arasında fərq elə də çox deyil.

Qeyd edək ki, seçkilərin birinci turu iyunun 28-də keçirilib.

Dövlət Seçki Komissiyasının məlumatına görə seçkilərin birinci turunda Ancey Duda 8,45 milyon, Rafal Tşaskovski isə 5,9 milyon seçicinin dəstəyini qazanıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər