Cinayət sövdələşməsinə gedən fermerlərə subsidiya verilməyəcək - VİDEO

Cinayət sövdələşməsinə gedən fermerlərə subsidiya verilməyəcək - VİDEO
Subsidiyaları mənimsəyənlər

Azərbaycan Prezidenti İlham Əliyevin “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” fərmanından irəli gələrək cari ilin əvvəlindən fermerlərə dövlət yardımlarının vahid mexanizm vasitəsilə çatdırılması prosesinə başlanılıb.

Lakin həmin vəsaitlərin təyinatı üzrə istifadə olunmaması və bir qrup mütəşəkkil cinayətkar dəstə halında birləşən şəxslər tərəfindən mənimsənilməsində əsaslı şübhələr olduğundan bu istiqamətdə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun əməkdaşları, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssislərinin iştirakı ilə birgə xüsusi əməliyyat tədbirləri keçiriblər.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev REAL-a əməliyyatın təfərrüatlarını açıqlayıb.

Agentlik sədri bildirib ki, cinayət sövdələşməsinə gedən fermerlər subsidiya almaq hüqundan məhrum ediləcəklər.

Kənd təsərrüfatına dövlət dəstəyindən sui-istifadə edərək bu sahəyə ayrılmış vəsaitləri saxta sənədlərə əsaslanan maliyyə əməliyyatları ilə nağdlaşdıraraq ələ keçirən mütəşəkkil dəstəyə daxil olan 30-a yaxın şəxsin dairəsi müəyyənləşdirilib. İş üzrə müvafiq istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər