Mobil polis postlarının sayı artırılıb (VİDEO)

 Mobil polis postlarının sayı artırılıb (VİDEO)
Karantin postlarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib

Sərt karantin rejimini nəzərə alaraq paytaxtın küçə və prospektləri polis əməkdaşları tərəfindən tam nəzarətə götürülüb, mobil polis postlarının sayı artırılıb.

Hərəkətdə olan avtomobillərdə olan istər sürücülərin, istərsə də sərnişinlərin hər birinin icazəsi elektron sistem vasitəsilə yoxlanır. Müvafiq icazəsi olmayan şəxslər inzibati qaydada cərimələnir.

Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda təşkil edilir. Proses sürətli şəkildə həyata keçirildiyində yollarda tıxaca səbəb olmur. Mobil polis postları daim eyni yerdə təşkil edilmir və mütəmadi olaraq yerləri dəyişdirilir.

Bundan başqa mobil polis postlarında aparılan gücləndirilmiş nəzarət tədbirləri çərçivəsində həm sürücülər həm də sərnişinlərlə profilaktik söhbətlər aparılır.

Qeyd edək ki, şəhərin giriş və çıxışında quraşdırılan stasionar postlar isə 24 saat fasiləsiz olaraq fəaliyyətini davam etdirir və həmin postlarda da xidmət gücləndirilmiş qaydada aparılır. Bununla da şəhər ərazisini tərk etməyə cəhd edən vətəndaşların qarşısı alınır.
 

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər