Hüseynov qardaşlarının şəcərəsi (VİDEO)

Hüseynov qardaşlarının şəcərəsi (VİDEO)
Qonşuları onların anasının erməni olduğunu təsdiqləyir

Emin və Mehman Hüseynov qardaşlarının analarının erməni olması ilə bağlı məlumat yayıldıqdan sonra internet saytları bu mövzuda araşdırmaları davam etdirirlər. Belə araşdırmalardan birini Milli.Az portalı aparıb. Saytın əməkdaşları Bakının Qaraçuxur qəsəbəsində olublar. Onlar qonşulardan, Hüseynovların ailəsini tanıyanlardan açıqlama da alıblar. Həmin şəxsər Hüseynov qardaşlarının sirr kimi saxladıqları məqamı, yəni mərhum Firəngiz Bədirzadənin milliyətcə erməni olduğunu bildiklərini deyirlər.

Sayt yazır ki, özlərini "Azərbaycanda demokratiya uğrunda ən qətiyyətli mübarizlər" kimi tanıtdırmağa çalışan qardaşların anasının erməni olduğu təsdiqlənir.

SİTAT: “Kimsənin hansısa millətə mənsub olması nə üstünlük, nə qəbahətdir: bu məqam heç bir halda nə fəxarət, nə utanc üçün səbəb sayıla bilməz. Qəbahət insanın onu dünyaya gətirən qadının, ananın milli mənsubiyyətini illərlə gizlətməsi və danmasıdır. İllah da ki, bu insan - konkret halda iki insan, yəni Hüseynov qardaşları - özlərini "demokratiya mücahidləri" sayırlar”.

Qeyd edək ki, bundan əvvəl “1news.az” saytı Emin və Mehman Hüseynovların analarının kimliyi ilə bağlı müstəqil araşdırmanın nəticəlrini yayıb. Redaksiyaya təqdim olunan araşdırma nəticəsinə görə, qardaşların anası, qızlıq soyadı Bədir-zadə olan Firəngiz İbrahim qızı Hüseynova İbrahim Bədir-zadə və Mariya Yarullayevna Taynulina tərəfindən övladlığa götürülüb. Arxiv sənədlərinin yoxlanılması zamanı Hüseynov qardaşlarının anasının əvvəlcə Yevgeniya Qriqoryevna Ovanesova adını daşıdığını aşkarlanıb.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər