Müdafiə Nazirliyi: Erməni silahlı qüvvələri təxribat törədib, itki var

Müdafiə Nazirliyi: Erməni silahlı qüvvələri təxribat törədib, itki var

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən REAL-a bildirilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər