Türkiyədə daha 300 azərbaycanlıya yardım edildi - VİDEO

Türkiyədə daha 300 azərbaycanlıya yardım edildi - VİDEO
Soydaşlarımıza müxtəlif məbləğdə çeklər verilib

İstanbulda yaşayan aztəmianatlı azərbaycanlı ailələrə yardım edilib. Əvvəlcədən qeydiyyata alınan soydaşlarımıza müxtəlif məbləğlərdə çeklər təqdim olunub.

Xeyriyyə aksiyası Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi və İstanbulda fəaliyyət göstərən “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyi”nin (ATMD) təşkilatçılığı ilə baş tutub.

Yardım göstərilənlərin əksəriyyəti 1990-cı illərdə İstanbula gələn və burada məskunlaşan ailələrdir. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar bəzi iş yerlərinin fəaliyyətinin müvəqqəti dayandırılması, bütün dünyada olduğu kimi, onların da gündəlik həyatına mənfi təsir göstərib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər