Türkiyə XİN-dən Azərbaycana dəstək - VİDEO

Türkiyə XİN-dən Azərbaycana dəstək - VİDEO

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycana dəstək bəyanatı yayıb: "Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Həyatını itirən Azərbaycan şəhidlərinə görə dost və qardaş Azərbaycan xalqına və hökumətinə başsağlığı veririk, yaralılara təcili şəfa diləyirik.

Ermənistanın təcavüzkar millətçilik anlayışının yeni təzahürü olan bu hərəkətin Azərbaycan tərəfindən qarşısının alınması, təcavüzün cavabsız qalmayacağının konkret göstəricisidir.

Erməni tərəfi belə təhlükəli taktikalardan əl çəkməli və qanun yolu seçməlidir. Öz qabiliyyətini aşmaq məqsədi ilə avantürizmi qəbul etmək Ermənistanın əsaslandırıcı zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə sabitliyə ən böyük maneədir.

Ermənistanın beynəlxalq ictimaiyyətin diqqətini illərlə Azərbaycanda və Yuxarı Qarabağ ərazilərində aparılan qanunsuz işğaldan başqa yerlərə çəkmək və münaqişəyə yeni ölçülər əlavə etmək üçün tətbiq etdiyi bu cəhdlər nəticəsiz qalmaqdadır.

Ümid edirik ki, Ermənistanın təcavüzünü ört-basdır etmək səyləri beynəlxalq ictimaiyyət tərəfindən heç bir şəkildə qəbul edilməyəcəkdir.

Türkiyə, Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün bütün imkanları ilə yanında dayanmağa davam edəcək."

 

REAL-ın Türkiyə Bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər