E.Mirbəşiroğlu: Ermənistanın danışıqlarda iştirakı imitasiya xarakterlidir (VİDEO)

E.Mirbəşiroğlu: Ermənistanın danışıqlarda iştirakı imitasiya xarakterlidir (VİDEO)

"İşğalçı Ermənistan davamlı olaraq cəbhə xəttində təxribatlar törədir. Tovuz rayonunda törətdiyi növbəti təxribat açıq aşkar nümayiş etdirdi ki, Ermənistanın bu günə kimi danışıqlar prosesində iştirakı sadəcə olaraq imitasiya xarakteri daşıyır."

REAL xəbər verir ki, bu fikirləri Milli məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili, politoloq Elşad Mirbəşiroğlu iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribata münasibət bildirərkən deyib.

Xatırladaq ki iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan ordusu düşmən təxribatına layiqli cavab verib. Düşmən geri oturdulub.

Digər xəbərlər
Bu gün
Dünən