Türkiyədən Azərbaycan ordusuna dəstək- #SeninleyizAzerbaycan

Türkiyədən Azərbaycan ordusuna dəstək- #SeninleyizAzerbaycan
Türkiyə vətəndaşları “Twitter”də yaratdıqları həştəqlə Azərbaycana dəstək nümayiş etdirdi.

İyulun 12-də Azərbaycan-Ermənistan təmas xəttində, Ermənistan ordusunun törətdiyi təxribatın qarşısını almağa çalışan ordumuza Türkiyə vətəndaşları “Twitter”də dəstək olmağa başlayıblar. Ötən günün ikinci yarısından sonra “Twitter”də #SeninleyizAzerbaycan adı ilə yaradılan həştəq sosial şəbəkədə ən çox paylaşılanlar sırasına daxil olub. 

Qeyd edək ki, gecə saatlarında Türkiyə Xarici İşlər Nazirliyi də təmas xəttindəki vəziyyətlə bağlı açıqlama yayıb. Türkiyənin daim Azərbaycanın yanında olduğu  və törədilən təxribata görə Ermənistanı şiddətlə qınadıqları bildirilib. 

REAL-ın TÜRKİYƏ bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər