Sərhəddə gərginlik davam edib - VİDEO

Sərhəddə gərginlik davam edib - VİDEO
Ordumuzun hərbi qulluqçusu baş leytenant R.Mahmudov şəhid olub

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib.

Müdafiə Nazirliyinin məlumatına görə, artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi  məhv edilib.

Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər