FHN Gəncədəki partlayışla bağlı məlumat yaydı - YENİLƏNİB

FHN Gəncədəki partlayışla bağlı məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gəncədə yanacaqdoldurma məntəqəsində baş verən hadisə ilə bağlı növbəti açıqlamasını yayıb.

REAL-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Gəncə şəhərinin Kəpəz rayonunda "LUKOİL" yanacaqdoldurma məntəqəsinin ərazisində tutumu 50 ton olan yeraltı yanacaq çəninin içərisində 7,2 ton yanacaq (benzin) yanıb. Yaxınlıqda olan 1 ədəd 50 tonluq və 3 ədəd 25 tonluq yanacaq (benzin və dizel) çəni yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

12:40

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Müseyib Bağırov küçəsində yerləşən “LUKOİL” yanacaqdoldurma məntəqəsində yanğınla nəticələnən partlayış hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-dən REAL-a verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

***

12:33

Gəncədə yanacaqdoldurma məntəqəsində partlayış olub.

APA-nın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsində yerləşən "Lukoil" yanacaqdoldurma məntəqəsində qeydə alınıb. 

Əraziyə yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər