DİN Müşfiqabadda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

DİN Müşfiqabadda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Müşfiqabadda baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 10-da Müşfiqabad qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açdığı atəşlə Bakı şəhər sakinləri F.Qasımova və Ə.Mikayılova xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə məlumat daxil olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla F.Qasımovun “Makarov” markalı tapança ilə ehtiyatsız davranmasından açılmış atəşlə özünün və Ə.Mikayılovun ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

F.Qasımovun yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və patron darağı aşkar edilərək götürülüb.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər