Rusiyada son sutka ərzində 104 nəfər COVID-19 səbəbindən ölüb

Rusiyada son sutka ərzində 104 nəfər COVID-19 səbəbindən ölüb

Rusiya Federasiyasında COVID-19-a yoluxanların sayı 733 699 nəfəri ötüb.

Belə ki, ölkədə koronovirus səbəbi ilə yaradılmış operativ qərargahın verdiyi məlumata görə, son sutka ərzində 6537 nəfərdə koronavirus aşkarlanıb. 

REAL-ın Rusiya bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasında son sutka ərzində 104 nəfər COVID-19 səbəbindən ölüb. Ümumiyyətlə isə ölkədə ölənlərin sayı 11 439-a yüksəlib. 

Operativ qərərgahın digər məlumatına əsasən ölkədə sağalanların sayı 504 021-ə çatıb. Belə ki, son sutka ərzində 2960 nəfərdə sağalma qeydə alınıb. 

Qeyd edək ki, son sutka ərzində COVID-19 Rusiyanın 84 regionunda qeydə alınıb və yeni xəstələrin 25,6%-də virus öz əlamətlərini büruzə verməyib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər