Prezident: Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib

Prezident: Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib

“Əgər Ermənistan ərazisindən Azərbaycan mövqelərinə, Azərbaycan kəndlərinə atəş açılırsa, təbii ki, biz adekvat cavab verəcəyik və veririk”.

REAL xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib.

“Ermənistan saxta məlumat uydurub dövlət sərhədinə xüsusi diqqətin cəlb edilməsi üçün əlindən gələni edir. Dünənki təxribat bu çirkin siyasətin növbəti təzahürüdür. Hesab edirəm ki, bu təxribatın digər səbəbi son vaxtlar Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlara imza atmasıdır”- deyə dövlət başçısı çıxışına əlavə edib.

Prezident bildirib ki, Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı:

"Azərbaycan öz dövlət sərhədini qorudu".

Dövlət başçısı bildirib ki, Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər