Samux rayonunda yenidənqurma işləri - VİDEO

Samux rayonunda yenidənqurma işləri - VİDEO
7 yaşayış məntəqəsini birləşdirən 39,5 km-lik yolun yenilənir

Samux rayonunda 7 yaşayış məntəqəsini birləşdirən uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.

Yenikənd-Poylu avtomobil yolu IV texniki dərəcəli olmaqla qara örtüklüdür. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalır.

Layihə çərçivəsində mövcud örtüyün qazılaraq kənara daşınır, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılır, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılır. Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılır.Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılır.

Yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilir.

Qeyd edək ki, Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində hazırda yollar boyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilir və 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər