Rusiya XİN: Gərginliyin daha da böyüməsinin yolverilməz olduğunu düşünürük (VİDEO)

Rusiya XİN: Gərginliyin daha da böyüməsinin yolverilməz olduğunu düşünürük (VİDEO)
Rusiya tərəfləri təmkinli olmağa çağırdı

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında baş verən silahlı insidentə reaksiya verib.

“Biz regionda bölgənin təhlükəsizliyini təhdid edən gərginliyin daha da böyüməsinin yolverilməz olduğunu düşünürük. Döyüşən tərəfləri təmkinli olmağa və atəşkəs rejiminə ciddi əməl etməyə çağırırıq", - deyə açıqlamada bildirilir.

Rusiya Xarici İşlər Nazirliyi vəziyyətin sabitləşməsi üçün lazımi köməyi göstərməyə hazır olduğunu da qeyd edib.

REAL-ın RUSİYA bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər