Sərhədçi ölümünün təfərrüatı - VİDEO

Sərhədçi ölümünün təfərrüatı - VİDEO
F.Yarəliyevın qohumları hadisə yerində olaraq yalan məlumatları ifşa etdi

Dövlət Sərhəd Xidmətinin Zaqatala ərazisində çayda boğulan əsgər Fərdi Yarəliyevin ölümünün təfərrüatları məlum olub. Xatırladaq ki, Fərdi Yarəliyevin ölümü ilə bağlı spsial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yayılmışdı və iddia edilirdi ki, sərhədçi zorakölıq nəticəsində dünyasını dəyişib. Lakin vəfat etmiş sərhədçinin qohumları zastavaya dəvət ediləndən və hadusə yeri, şahidlər onlara göstəriləndən sonra hadisənin necə baş verməsi tam bəlli olub. Fərdi Yarəliyev Alazan çayında çimmək istəyib elə bu an..

Hadisədən əvvəl Fərdi YArəliyev evə zəng edib, hal-əhval tutub. BAcısı və valideynləri ilə danışan sərhədçi xidmətin normal getdiyini bildirib

Namik YArəliyev Zaqatala və Quba prokurorluğunda işin obyektiv aparılmasından razı olduğunu bildirdi. HAdisə yerinə baxış keçirən və hadisə şahidləri ilə danışandan sonradən sərhədçi Fərdi YArəliyevin qohumları onun çayda batdığına və heç bir zorakılıq olmadığına əmin oldular. Eləcədə dövlət sərhəddinin mühafizəsi ilə bağlı məqamlarla tanış edildikdə bəll oldu ki, sərhədçilər hər dəfə naryada çıxanda onlar təhlükəsizlik tədbirləri ilə tanış edilir, çayda çimməyin qəti qadağan edilməsi ilə bağlı hər dəfə məlumatlandırılırlar. Və bu barədə xidmət jurnalında hər naryada çıxan əsgər imza ataraq xəbərdarlıqlarla tanış olduğunu təsdiqləyir

Son olaraq sərhədçilərlə görüşən Fərdi Yarəliyevin qohumları xidmətə ehtiyatla yanaşmalarını xahiş edib ki, bundan sonra belə badbəxt hadisələr baş verməsin və Silahlı Qüvvələrə, dövlətçiliyə qara yaxmaq arzusunda olanlar bundan sosial şəbəkələrdə istifadə etməsin.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən