KTMT-dan açıqlama - VİDEO

KTMT-dan açıqlama - VİDEO
Təşkilatın Daimi Şurasının iclası təxirə salındı

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclas təxirə salınıb.

Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov məlumat verib.

Məlumatda  qeyd olunur ki, KTMT Daimi Şurasının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin müzakirə ediləcəyi formatın müəyyənləşdirilməsi üçün, həm də üzv dövlətlərlə əlavə məsləhətləşmələrin aparılması zərurəti ilə əlaqədar qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Daha əvvəl KTMT-nın baş katibi Aleksandr Zas Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı iyulun 13-də qurumun Daimi Şurasının təcili iclasının çağırılması ilə bağlı məlumat yayıb. Həmin məlumat KTMT-nin saytında yerləşdirilib. Lakin sonradan həmin məlumat saytdan yığışdırılıb.

REAL

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər