“Ermənistanın cəhdləri iflasa uğradı“ (VİDEO)

“Ermənistanın cəhdləri iflasa uğradı“ (VİDEO)
Prezident İ.Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirib

"Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, adekvat cavab verilib. Hərbçilərimizin qisası alınıb. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməyib.”

Bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında deyib.

İclasda həmçinin Prezident qeyd edib ki, bu çirkin və məkrli siyasət Ermənistanı uçuruma aparacaq. Bütün məsuliyyət Ermənistanın rəhbərliyi üzərinə düşür. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər