Ermənistanın təxribatı beynəlxalq müstəvidə pislənilib (VİDEO)

Ermənistanın təxribatı beynəlxalq müstəvidə pislənilib (VİDEO)
"Ermənistan ağlını başına yığsın"

"Ermənistanın etdikləri qəbuledilməzdir. Ermənistan ağlını başına yığsın "

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində deyib.

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin kəskinləşməsi ilə bağlı Rusiya XİN bəyanat yayıb.

xarici siyasət idarəsinin bəyanatında RF XİN Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı ciddi narahatlığını ifadə etdiyi qeyd olunur. “Daxil olan məlumata görə, döyüş əməliyyatları davam edir. Artilleriyadan istifadə olunur. Ölənlər və yaralananlar var. Həlak olanların doğmalarına və yaxınlarına başsağlığı veririk. Eskalasiyanın davam edərək regionun təhlükəsizliyinə təhdid yaratmasını yolverilməz hesab edirik. Qarşıdurma tərəflərini təmkin nümayiş etdirməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Rusiya XİN vəziyyətin sabitləşdirilməsi üçün öz tərəfindən zəruri köməkliyi göstərməyə hazırdır”, - deyə Rusiya XİN-in bəyanatında bildirilir.

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da məlum təxribatla bağlı öz “Twitter” mikroblokunda fikirlərini bölüşüb.O ,Azərbaycan-Ermənistan dövlət sərhədində atışmanın çox narahatedici olduğunu vurğulayıb..

Təmkin nümayiş etdirmək, birbaşa və ATƏT-in Minsk Qrupunun həmsədrləri vasitəsilə bütün rabitə kanallarından istifadə etmək hər iki ölkə üçün çox vacibdir”, - deyə Aİ-nin xüsusi nümayəndəsi bildirib.

Xatırladaq ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib.

Azərbaycan Ordusunun 4 hərbçisi şəhid olub.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər