MN: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

MN: Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur

Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın “facebook” səhifəsində guya Azərbaycan Ordusunun Çinari kəndini 82 mm və 120 mm-lik minaatanlardan atəşə tutması, nəticədə mərmilərdən birinin evə dəyməsi və yaralıların olmaması barədə yaydığı paylaşıma münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən REAL-a verilən məlumata görə, həmin məlumat həqiqəti əks etdirmir: “Azərbaycan tərəfi mülki əhalini, mülki yaşayış məntəqələrini atəşə tutmur".

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər