Leysan yağışlar bu rayonlarda sel yaradıb - FAKTİKİ HAVA

Leysan yağışlar bu rayonlarda sel yaradıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidməti iyulun 13-ü saat 19:00-a olan faktiki hava haqqında məlumatı açıqlayıb.

Xidmətdən REAL-a verilən məlumata əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb.

Yuxarı-Ağcakənd ərazisində saat 16:45-17:25 radələrində leysan xarakterli yağış yağıb, Görançaydan sel keçib. Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkirin Mansırlı kəndindən təxminən 2 km aşağıda saat 13:40 radələrində sel hadisəsi baş verib.

Əsrikçay, Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.

Digər xəbərlər
Bu gün
Dünən