"Təcavüzkar adı ilə çağırılmalıdır" - VİDEO

Əli Əhmədov: Minsk qrupu öz mövqeyini ortaya qoymalıdır

Azərbaycan heç bir halda öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək, torpaqlarını azad etmək üçün bütün vasitələrdən istifadə edəcək. bunu Baş Nazirin müavini Əli Əhmədov REAL TV-yə müsahibəsində deyib. Azərbaycanın istənilən təxtibatın qarşısını layiqincə almağa hazır olan silahlı qüvvələrə sahib olduğunu bildirən Əli Əhmədov qeyd edib ki, Erməni təxribatının qarşısı nəinki alınıb, onlara layiqli cavab verilib.

Baş Nazirin müavini qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsini həzm edə bilmir. sərhəddə təxribat törətmək və günahını da Azərbaycanın üzərinə atmaqla ölkəmizin dünya birliyində mövqeyini zəiflətməyə çalışır.

Digər xəbərlər
Bu gün
Dünən