Ukrayna XİN Azərbaycan-Ermənistan sərhədində yaranan gərginliklə əlaqədar bəyanat yayıb

Ukrayna XİN Azərbaycan-Ermənistan sərhədində yaranan gərginliklə əlaqədar bəyanat yayıb

Ukrayna Xarici İşlər Nazirliyi, 12 iyul tarixində Azərbaycan - Ermənistan sərhədinin Tovuz istiqamətində mövqelərin artileriya atəşinə tutulması nəticəsində, yaranan gərginliklə əlaqədar öz dərin narahatlığını bildirib.

Ukrayna XİN-i münaqişənin hər iki tərəfini vəziyyətin deeskalasiya olunmasına çağırır və və bu münaqişənin həllini beynəlxalq hüquq və normalar çərçivəsində, o cümlədən, 1993 cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsas götürərək, sülh yolu ilə tapmağa çağırır.

Ukrayna münaqişənin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi qorunmaq şərti ilə siyasi yolla həllinin tərəfdarıdır

REAL-ın Ukrayna Bürosu

Digər xəbərlər
Bu gün
Dünən