Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub

Türkiyə Super Liqasında 32-ci tura yekun vurulub

Türkiyə Super Liqasında XXXII tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün 5 görüş keçirilib.

Çempionluq uğrunda mübarizə aparan "Başakşəhər"lə "Trabzonspor" səfər oyununa çıxıb. "Başakşəhər" bol qollu matçda "Konyaspor"a məğlub olub.

Lakin "Trabzonspor" liderin xal itkisindən yararlana bilməyib. "Qara dəniz" təmsilçisi Dənizlidən əliboş dönüb.

"Beşiktaş" isə "Yeni Malatyaspor"dan 3 xalı 1 qolla alıb.

Türkiyə Super Liqası
XXXII tur
13 iyul
"Kasımpaşa" - "Rizəspor" - 2:0

Hayradinoviç, 53; Koç, 78
"Kayserispor" - "Qaziantepspor" - 1:1
Kravets, 90+2 - Maksim, 62
"Dənizlispor" - "Trabzonspor" - 2:1
Saçko, 46; Estupinan, 84 - Ekuban, 14
"Konyaspor" - "Başakşəhər" - 4:3
Miya, 20, 45+1; Şahinər, 28; Skubiç, 85 - Viska, 2 (pen.); Demba Ba, 70; Elia, 77
"Yeni Malatyaspor" - "Beşiktaş" - 0:1
Caner Erkin, 51 (pen.)

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər