Peruda koronavirusa yoluxanların sayı 330 mini keçib

Peruda koronavirusa yoluxanların sayı 330 mini keçib

Peruda ötən gün 3797 nəfər “COVID-19”a yoluxub, 184 nəfər isə bu virusdan həyatını itirib. 

REAL “CNN”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ümumilikdə Peruda 330 123 təsdiqlənmiş “COVID-19” xəstəsi var və 12054 nəfər bu virusun qurbanı olub.

Xatırladaq ki, yoluxma sayına görə Peru Latın Amerikası ölkələri arasında Braziliyadan sonra ikincidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər