Şəhid Namiq Əhmədov dəfn olunub - YENİLƏNİB, VİDEO

Şəhid Namiq Əhmədov dəfn olunub - YENİLƏNİB, VİDEO

Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Elçin Mustafazadə doğulduğu Ağstafa rayonunun Həsənsu kəndində dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yerli sakinlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon icra hakimiyyətinin nümayəndələri iştirak edib.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər gedib. Döyüşlərdə hər iki tərəf itki verib.

Ermənistanın təxribatı nəticəsində şəhid olan mayor Əhmədov Namiq Hajan oğlu dəfn edilib.

Şəhidin cənazəsi vidalaşmaq üçün əvvəlcə Qazaxın Yuxarı Salahlı kəndinə, doğulduğu evə gətirilib.

Vida mərasimdən sonra N.Əhmədovun cənazəsi kənd qəbiristanlığına aparılaraq dəfn edilib.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib.

Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Digər xəbərlər
Bu gün
Dünən