“Ordumuz məndə qürur hissi yaratdı“ (VİDEO)

“Ordumuz məndə qürur hissi yaratdı“ (VİDEO)
Yazıçı Anar Azərbaycan-Ermənistan sərhədindəki gərginliyi şərh edib

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni tərəfinin törətdiyi növbəti qanlı təxribat hamı kimi məndə də dərin narahatlıq və düşmənə qarşı böyük hiddət doğurdu. Azərbaycan ordusunun azğın təcavüzkarı geri oturtması, cəsur hərbçilərimizin işğalçını ciddi itkilərə məruz qoyaraq bu təxribatın qarşısını alması məndə sonsuz inam və qürur hissi yaratdı.

Bunu REAL-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri yazıçı Anar bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər