Polkovnik Şair Ramaldanov: “Generallarımız əsgərin arxasında gizlənmir”(VİDEO)

Polkovnik Şair Ramaldanov: “Generallarımız əsgərin arxasında gizlənmir”(VİDEO)
Əsl general nümunəsi

İyulun 14-də döyüş zamanı müdafiənin ön xəttində olan Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov qəhrəmancasına şəhid olması onu göstərir ki, Azərbaycan Ordusunda generallarla əsgərlərlə bir çərgədə, ön sırada düşmənə qarşı vuruşur, erməni generallarından fərqli olaraq, əsgərlərin arxasında gizlənmir.

Bunu REAL-a ehtiyatda olan polkovnik Şair Ramaldanov dedi.

Polkovnik bildirdi ki, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirməklə, şəhidlərimizin qanını yerdə qoymur və düşmən daha çox itkilər verir.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edir. Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər