Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yaydı

REAL xəbər verir ki, məlumatda deyilir:

Hörmətli vətəndaşlar, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatla əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən naməlum mənbədən bəzi vətəndaşların mobil telefon nömrələrinə səfərbərlik çağırışı ilə bağlı sms göndərilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsmi olaraq bildirir ki, cəmiyyətdə çaşqınlıq yarada biləcək belə məzmunlu məlumatlar həqiqətə uyğun deyil.

Qurum vətəndaşları daha diqqətli olmağa və yalnız rəsmi məlumatlara istinad etməyə çağırır.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər