Braziliyada son sutka ərzində 1300 insan "COVID-19"dan həyatını itirib

Braziliyada son sutka ərzində 1300 insan

Braziliyada son sutka ərzində 41857 insan koronavirus infeksiyasına yoluxub.

Ümumilikdə ölkədə "COVID-19"a  1,926,824 nəfər yoluxub. Bu nəticə ilə ABŞ-dan sonra Braziliya dünya üzrə koronavirusa yoluxma sayına görə 2-ci yerdədir.

REAL "CNN"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib.

Məlumatda bildirilib ki, ötən gün ərzində ölkədə 1300 nəfər bu virusdan həyatını itirib. Bununla da, Braziliyada bu günə qədər koronavirusdan ölənlərin sayı 74133 nəfərə çatıb.  

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən