ABŞ-da həmvətənlərimiz videokonfrans formatında toplantı keçirib

ABŞ-da həmvətənlərimiz videokonfrans formatında toplantı keçirib

Bu gün ABŞ-ın Şərq sahilində - Massaçusets, Nyu-York, Nyu-Cersi, Mariland, Pensilvaniya, Şimali Karolina və Vircinia  ştatlarında yaşayan  azərbaycanlılar vətəndə baş verən hadisələri müzakirə etmək üçün videokonfrans formatında toplantı keçirib.

Toplantı iştirakçıları Azərbaycanın cəbhə bölgəsində baş verənləri narahatlıqla izlədiklərini,  Azərbaycan dövlətinin və ordusunun yanında olduqlarını bildiriblər. Toplantı iştirakçıları yaşadıqları ştatların senatorlarına Azərbaycanın haqq səsinin çatdırılması üçün fərdi müraciətlərin ünvanlanmasını, ABŞ-ın paytaxtı Vaşinqtonda Ermənistan səfirliyinin və Nyu-Yorkda Ermənistanın konsulluğunun qarşısında “Erməni aqresiyasına son qoyulsun”, “Ermənilər işğal olunmuş torpaqlardan geri çəkilsin” şüarları ilə etiraz aksiyalarının təşkilini razılaşdırıblar.

REAl-ın ABŞ Bürosu

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər