Səfir: “Vəzifəsini yerinə yetirən bir ölkə var, o da Türkiyədir” - YENİLƏNİB, 2

Səfir: “Vəzifəsini yerinə yetirən bir ölkə var, o da Türkiyədir” - YENİLƏNİB, 2
“Sabah”a danışan səfir ATƏT-in Minsk Qrupunun fəaliyyətinə də toxunub 

“Ermənistan Azərbaycan torpaqlarını işğal etdi. Bu münaqişəni həll etmək üçün ATƏT-in Minsk qrupu yaradıldı. Vəzifəsi işğala son verməkdir. 3 Həmsədri var - ABŞ, Rusiya və Fransa. Bunlar Ermənistan üçün ən önəmli dövlətlərdir. Ən güclü erməni diasporu məhz bu 3 dövlətdədir. Bu dövlətlər sadəcə təklif verməli deyil, eyni zamanda kimin haqlı və haqsız olduğunu bilməlidir. Bunun çox asan bir yolu var: Beynəlxalq hüquq. BMT-nin qəbul etdiyi 4 qətnamə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal etdiyini sübut edir. Azərbaycan bu çərçivədə problemin həll edilməsini istəyir. Amma müharibə yolu seçilərsə, əlbətdə cavab verəcəyik. Türkiyədə Minsk Qrupunun üzvüdür. Orada vəzifəsini yerinə yetirə bilən bir ölkə var, o da Türkiyə.”

 

***

19:04

“Nə edə bilərik” mesajları və zəngləri alırıq.”

Səfir Xəzər İbrahim gərginliyin yarandığı ilk gündən etibarən Türkiyə vətəndaşları tərəfindən Səfirliyə çox sayda müraciət daxil olduğunu bildirib. 

“Türkiyə dövlət səviyyəsində Azərbaycanın yanında olduğunu bildirdi. Türkiyə xalqı da bizimlə birlikdədir. Bizə telefon zəngləri, məktublar, sosial media hesabımıza müraciətlər daxil olur. “Biz Azərbaycan üçün nə edə bilərik?” deyə soruşurlar. Hətta müharibəyə hər an hazır olduqlarını bildirirlər. Bu bizi duyğulandırır. 2016-cı ilin aprelində də Ermənistanın işğal etdiyi Azərbaycan torpağlarında təxribat etdiyi vaxt ordumuzun cavab verməsi zamanında da eyni hadisə yaşanmışdı. Ermənistan buna çox ciddi yanaşmalıdır.”

 

***

18:36

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Sabah”a danışıb

15 iyul hadisələrinin dördüncü ilində açıqlama verən səfir Türkiyədə həmin gecə şəhid olanların yaxınlarına başsağlığı verib. 

REAL-ın Türkiyə bürosu xəbər verir ki, daha sonra səfir, Azərbaycan-Ermənistan təmas xəttində davam edən gərginlikdən danışıb. Xəzər İbrahim bildirib ki, Azərbaycana hücum edən Ermənistana cavab ən aydın şəkildə verildi. 

Türkiyənin hər zaman yanımızda olması Ermənistanı narahat etdi. 

“Türkiyə xalqı hər zaman Azərbaycanın yanındadır. Azərbaycan xalqı da hər zaman Türkiyənin yanında olub. Təəssüf ki, çox gərgin və kədərli günlər yaşayırıq. Azərbaycan son iki gündə 11 şəhid verdi. Ermənistan Azərbaycana qarşı təxribat həyata keçirdi və cavabını da aldı. Şəhidlərimizin qanı yerdə qalmadı. Təmas xəttində atışma hələ də davam edir. Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun “Can Azərbaycana canımız fəda” deməyi çox həssas və duyğusal bir məqamdır. Hisslərimizlə yanaşı əməkdaşlığımız da mövcuddur. Bizə qarşı olanlara qarşı birgə mübarizə apardıq. İndi də Ermənistanın hücumuna qarşı cavab çox tutarlı oldu. Azərbaycan ordusunun da cavabı Ermənistana çox sərt oldu. Hazırda dünyadan Ermənistanada sərt reaksiyalar davam edir. Eyni zamanda Türkiyənin də Azərbaycanın yanında olması Ermənistanı özündən çıxardı. Ermənistan hakimiyyəti və xalqı bəlkə də bu qədərini gözləmirdi. “

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər