Ermənilərin Tovuzun kəndinə atdığı top mərmisi zərərsizləşdirilmək üçün götürülüb - FOTO

Ermənilərin Tovuzun kəndinə atdığı top mərmisi zərərsizləşdirilmək üçün götürülüb - FOTO

İyulun 15-də saat 08:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 09:13-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz rayonunun Dondar Quşçu kəndi ərazisinə atılan mərminin evin həyətinə düşməsi və partlamaması barədə məlumatlar daxil olub.

ANAMA-dan REAL-a bildirilib ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 122 mm-lik top mərmisi (OF-56-1) və 1 ədəd RQM-2 partladıcısının gücləndiricisi aşkar olunub zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Mərminin və partladıcının ətrafında 10 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər